Balakəndə “Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib

Press-relizlər / 18.10.2018 / 09:48

Oktyabrın 17-də Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu akademik Z.Əliyeva adına şəhər üç saylı tam orta məktəbdə  “Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçəsi – psixoloq Aynur Omarova və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov  milli-mənəvi dəyərlərin zəngin mədəni irs olmaqla yanaşı Azərbaycan xalqının milli özünəməxsusluğunun ifadə vasitəsinə çevrildiyi qeyd edib, dini radikalizm və onun fəsadları haqqında məlumat verib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva Azərbaycanda tarixən yaradılan  dini dözümlülüyün həm İslam dininin, həm də Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olduğunu bildirib, gənclərin milli ruhda tərbiyə olunmasının  önəmli olduğunu vurğulayıb.

Balakən RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçisi – psixoloq Aynur Omarova yetkinlik dövrünün əhəmiyyəti və yeniyetmələrin davranışı haqqında danışıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər
14.03.2019 / 16:40
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
04.11.2019 / 16:11
Ətraflı oxu

İslam dünyasında baş verən münaqişələrin əsasında radikal dini ideyalar dayanır

Press-relizlər
14.09.2018 / 14:54
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri uğurla həyata keçirilir

Press-relizlər
05.05.2016 / 17:15
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.09.2019 / 12:36
Ətraflı oxu

Saatlıda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
26.02.2019 / 16:49
Ətraflı oxu