Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.10.2018 / 15:11

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və  Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının birgə  təşkilatçılığı ilə “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fəxrəddin Zeynalov, Yevlax şəhər Narkoloji kabinetinin həkim narkoloqu Saleh Səfərov, eləcə də, məktəblilər, müəllimlər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev narkotik vasitələrin yaratdığı fəsadlar haqqında məlumat verib. Gənclərin bu bəladan uzaq durmasının vacibliyini vurğulayan Natiq Əfəndiyev bildirib ki, narkomaniya ilə mübarizəni bütün dövlət qurumları aparmalı və maarifləndirici tədbirlər keçirilməlidir.

Daha sonra çıxış edən YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev mövzu ilə bağlı geniş çıxış edərək, narkomaniyanı əsrin bəlası adlandırıb. Gənclərimizi bu kimi pis vərdişlərdən uzaq saxlamaq üçün ailənin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Əli Quliyev belə tədbirlərin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Yevlax şəhər Narkoloji kabinetinin həkim narkoloqu Saleh Səfərov narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini vurğulayıb. O bildirib ki, narkotik vasitələrdən asılılıq həmin maddələrdən bir və ya bir neçə dəfə istifadə etməkdən qaynaqlanır.                    

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fəxrəddin Zeynalov narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.03.2019 / 15:13
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində Balakən və Siyəzəndə tədbirlər keçirilib

Press-relizlər
01.11.2018 / 15:53
Ətraflı oxu

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
12.03.2019 / 17:36
Ətraflı oxu

Lənkəranda “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
10.10.2018 / 15:25
Ətraflı oxu

Zaqatalada “Aprel zəfəri şəhidlərimiz hər zaman bizimlədir” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2018 / 18:16
Ətraflı oxu

Şamaxıda keçirilən regional konfrans panel iclasla öz işini davam etdirib

Xəbərlər
13.03.2019 / 16:48
Ətraflı oxu