Oğuzda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər / 13.09.2018 / 12:48

Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb. Tədbirdə gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oğuz RİH başçısının müavini Yusif Naxçıvanski rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qədim zamanlardan bəri sülh və qardaşlıq şəraitində yaşayırlar.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, o cümlədən dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edib. S.Salahlı vurğulayıb ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan S. Salahlı, milli-mənəvi dəyərlərin vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rolu olduğunu, müstəqilliyimizin bərpasından sonra həyata keçirilən uzaqgörən siyasətin dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına böyük zəmin yaratdığını qeyd edib. Gənclərə öz tövsiyələrini verən Səyyad Salahlı dini radikal qrupların zərərli təsirindən qorunmaq üçün onlara elm və təhsilə maraq göstərmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini məsləhət görüb. 

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu bildirib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini qeyd edən C. Əlifzadə, dini radikal qrupların təbliğat metodlarından danışıb. Bildirib ki, bu qruplar İslamı, Quran ayələrini təhrif edərək insanlara çatdırır, cihad adı altında terror hadisələri törədirlər. Natiq qeyd edib ki, gənclərin dini radikalizm və ekstremizmdən qorunması üçün təhsil və dinin əsl mahiyyətinin onlara düzgün çatdırılması vacibdir.

Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini ekstermizmə qarşı mübarizənin məqsədləri və əsas prinsipləri mövzusunda təqdimatla çıxış edərək radikalizmlə mübarizənin hüquqi tərəflərini dinləyicilərin diqqətinə çatdırıb.

Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.

            Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Səyavuş Heydərov: "Azərbaycan dünyada sülhün bərqərar olmasına böyük töhfələr verir"

Xəbərlər
06.12.2018 / 10:27
Ətraflı oxu

Göyçayda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.10.2018 / 16:50
Ətraflı oxu

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
18.04.2018 / 17:58
Ətraflı oxu

Mübariz Qurbanlı Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib

Açıqlama
27.11.2014 / 11:19
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu