“Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər / 13.09.2018 / 12:02

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər rayon Gənclər evində “Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Dini təhsil sektorunun müdiri Əli Həziyev, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə sadiq olduğunu, bu dəyərlər üzərində tərbiyə almış gənclərimizin hər zaman Vətənə bağlı olduqlarını diqqətə çatdırıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov qeyd edib ki, gənclərin dini radikal qrupların təsiri altına düşməsinin qarşısını almaq üçün onların milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə olunmasına və təhsil almalarına ciddi önəm verilməlidir.
DQİDK-nın Dini təhsil sektorunun müdiri Əli Həziyev dini radikalizmi yaradan əsas səbəblərdən biri kimi inanclı insanlar arasındakı parçalanmanı, məzhəblərarası ixtilafların qabardılmasını vurğulayıb. Natiq buna qarşı mübarizədə əsas vasitənin İslam həmrəyliyi olduğunu, məzhəblərarası yaxınlaşmanın daha da gücləndirilməsinin effektivliyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov dini radikalizmin törətdiyi fəsadlardan danışıb. O, dini radikalizmi yaradan əsas elementlərin bilgisizlik, xurafat və mövhumat olduğunu qeyd edərək bunlara qarşı aparılan maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.


Son baxılan xəbərlər

Balakəndə “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
26.09.2019 / 16:34
Ətraflı oxu

Nardaranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
23.11.2017 / 16:25
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Prezident İlham Əliyev: "2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük ...

Xəbərlər
11.01.2018 / 09:40
Ətraflı oxu

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
06.08.2019 / 17:12
Ətraflı oxu