Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Press-relizlər / 13.10.2018 / 11:22

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirib.

Tədbiri açan Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaradılma məqsədindən, hədəflərindən danışıb, institutda mütəmadi olaraq müxtəlif mövzularda seminarların keçirildiyini və bu kimi tədbirlərin artıq ənənə halını aldığını bildirib. C.Məmmədov mövzunun əhəmiyyətinə toxunaraq, inancın cəmiyyətin həyatında, insan mənəviyyatında xüsusi rola malik olduğunu vurğulayıb.

Sonra Aİİ-nin əməkdaşı Şəms Bağırova Ümumdünya Psixi Sağlamlıq Gününün mahiyyətini, tarixini əks etdirən təqdimatla çıxış edib.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov “İnanc və  cəmiyyətin mənəvi həyatında rolu” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi nitqinə Ömər ibn Əbdüləzizin  “Biz əbədi olaraq yaradılmışıq, sadəcə bir həyatdan digərinə qədəm basırıq” fikirləri ilə başlayıb. E.Məmmədov insan fitrətinin dinə ehtiyaclı  olduğunu, onun təkcə ağıldan deyil, həm də ruhdan ibarət olduğunu qeyd edib. Natiq alimlərin fikirlərindən sitat gətirərək, dinin insana ümid, nikbinlik, mənəvi güc verdiyini, psixoloji sağlamlıq bəxş etdiyini bildirib.

“Psixoloji xidmət və Tədqiqatlar”  İctimai Birliyinin əməkdaşı, psixoloq İlqar Kərimov isə “Əhalinin fərdi inkişafında psixologiya və teologiyanın rolu” mövzusunda çıxış edib. İ.Kərimov Ümumdünya Səhiyyə Assosiasiyası tərəfindən qəbul edilmiş psixi sağlamlıq kriteriyalarına, “fərdin psixi və fiziki məni” məsələlərinə toxunub. Qeyd edib ki, davranış, təfəkkür, emosional durum, şüur və təhtəlşüur - psixoloji, mənəvi inkişaf isə daha çox teoloji, irfani qaynaqlıdır.

“Etnoqlobus” mərkəzinin direktoru, psixoloq Gülnarə İnanc “Ruh sağlamlığı maddi fiziki dünyamızın sağlamlığının əsasıdır” adlı məruzə ilə çıxış edib.  Psixoloji problemlərin yaranma səbəbinə ruh sağlamlığının pozulması kontekstindən yanaşan məruzəçi insanın ruh və bədəndən ibarət olduğunu,  müasir elmlərin artıq bunu sübut etdiyini bildirib. Kvant psixologiyasına istinad edən G.İnanc örnəklər gətirərək, insanın bədənindəki xəstəliklərin ruhun vəziyyəti ilə əlaqəsini, sözün, fikrin və əməlin maddi dünyaya göstərdiyi təsiri açıqlayıb.

“Psixi sağlamlıq nədir?” mövzusu ilə çıxış edən Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub inancın insanın həyatına, istəklərinə, davranışına əhəmiyyətli dərəcədə təsir etdyini, inancsızlığın isə psixoloji problemlər, böyük mənəvi boşluq yaratdığını vurğulayıb.

“Dəyirmi masa” mövzu ətrafında müzakirələrlə başa çatıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub və Azərbaycan müsəlmanları vəhdət ...

Xəbərlər
26.10.2018 / 10:03
Ətraflı oxu

Dövlət Komitəsində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Press-relizlər
16.01.2019 / 17:36
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
24.12.2018 / 14:31
Ətraflı oxu

Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
06.11.2018 / 14:25
Ətraflı oxu

Lerikdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Press-relizlər
18.10.2018 / 17:21
Ətraflı oxu