Azərbaycan İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində birgə tədbirlər həyata keçirəcək

Xəbərlər / 13.09.2018 / 17:47

Sentyabrın 13-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ilə görüşüb.
Rektor Azərbaycan İlahiyyat İnstitutunun yaradılması məqsədi və institutun tədris standartları barədə ətraflı məlumat verib. O, Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dünya dinləri, xüsusilə də yəhudilik və xristianlıq haqqında fənlərin tədris ediləcəyini qeyd edərək gələcəkdə Azərbaycanda mövcud olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı tədqiqat mərkəzlərinin, həmçinin yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını qeyd edib. C.Məmmədov gələcəkdə institutun tələbələrinin Nic kəndinə ekskursiyasının təşkilinin, Alban-Udi Xristian dini icması ilə birlikdə seminar və konfransların keçirilməsinin, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin araşdırılması istiqamətində dini ədəbiyyatın nəşrinin nəzərdə tutulduğunu da bildirib. Eyni zamanda Aİİ rektoru bu sahədə dünyada mövcud olan qabaqcıl elmi müəssisələrlə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Azərbaycanda tarixən dinlərarası münasibətlərdə tolerant mühitin mövcud olduğunu qeyd edən rektor ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaitinin ayırdığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini, bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu vurğulayıb.
Daha sonra Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda qeyri-müsəlman dini icmaların nümayəndələrinin təhsil almaları üçün yaradılan şəraitdən danışıb. İcma sədri Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib, bu sahədə öz vətəninə bağlı mütəxəssislərin hazırlanmasına ciddi ehtiyac olduğunu vurğulayıb və təmsil etdiyi icma ilə İlahiyyat İnstitutu arasında əməkdaşlığa hazır olduqlarını qeyd edib.


Son baxılan xəbərlər

Komitə sədri Mübariz Qurbanlı: "ABŞ Dini Etiqadlar Komissiyasının Azərbaycanla bağlı hesabatı həqiqətə uyğun deyil"

Press-relizlər
24.05.2018 / 16:29
Ətraflı oxu

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2019 / 14:58
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qətər səfiri ilə görüşüb

Xəbərlər
11.12.2019 / 14:24
Ətraflı oxu

"Balakhani Operating Company" şirkətində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.10.2019 / 16:41
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Xəbərlər
11.12.2019 / 16:22
Ətraflı oxu

Mingəçevirdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
19.02.2019 / 14:31
Ətraflı oxu