Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Press-relizlər / 11.10.2018 / 14:23

Oktyabrın 11-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 “Azərbaycanın İslam həmrəyliyindəki rolu” mövzusunda keçirilən diskussiyada Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, AMEA Fəlsəfə İnstitutunun Davamlı İnkişafın Fəlsəfəsi şöbəsinin müdiri professor Sakit Hüseynov, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşir, “Report” İnformasiya Agentliyinin müxbiri Şamo Quliyev iştirak ediblər. Müzakirədə Azərbaycanın İslam həmrəyliyindəki rolu, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Vurğulanıb ki, Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi qurumların fəal üzvünə çevrilib.

Tədbirdə ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurduğu və bu çərçivədə həyata keçirilən bir çox layihələrin qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəldiyi bildirilib.

Diskussiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə Azərbaycanın İslam dünyasında vəhdətyaradıcı məkan olduğunu təsdiqlədiyini qeyd ediblər. Bu dini dəyərlərin, həqiqətən, bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğunu, bu ideyaların təkcə İslam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğu bildirilib.

Tədqiqatçılar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl işlər apardığını, Azərbaycanın Fransanın məşhur  Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etdiyini, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olduğunu xüsusi vurğulayıblar.

Diskussiyada, həmçinin 12-22 may 2017-ci il tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları haqqında söhbət açılıb, bu oyunların təkcə idman yarışı kimi deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi yaddaşlara yazıldığını qeyd ediblər.

 

 


Son baxılan xəbərlər

Qaxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
23.07.2018 / 17:30
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ...

Xəbərlər
09.10.2018 / 14:23
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
18.01.2018 / 12:51
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib

Arxiv
04.04.2016 / 17:16
Ətraflı oxu

Lerikdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Press-relizlər
18.10.2018 / 17:21
Ətraflı oxu