Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib

Press-relizlər / 11.10.2018 / 09:58

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirib.

Tədbirdə institutun müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarı Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov aparıb. İnstitutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini bildirən İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunub. İ.Əlimuradov tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsi üçün Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların faydasını xüsusi vurğulayıb.

Sonra Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda məruzəsini təqdim edib. Məruzədə din, hüquq, əxlaq anlayışları ayrı-ayrılıqda izah edilərək, bu üç mühüm sahənin qaynağı və məqsədi şərh olunub. M.Yaqub qeyd edib ki, dinin qaynağı Tanrı, hüququn əsası dövlət, əxlaqın əsası isə insanın özü və vicdanıdır. Bildirilib ki, dinin qayəsi insanları Tanrıya yaxınlaşdırmaq, hüququn məqsədi ictimai asayişi təmin etmək, əxlaqın hədəfi isə insanın davranışlarını tənzimləməkdir. Məruzəçi vurğulayıb ki, dini əməllərə Tanrı, hüquqi qanunlara dövlət nəzarəti olsa da, əxlaqi qanunlara yalnız vicdan nəzarət edir. Daha mühüm bir əlamət isə əxlaqi işin qarşılıq gözləmədən yerinə yetirilməsidir.

Bu üç məhfumun konkret vahid bir sahədə cəm olduğunu söyləyən natiq müasir fəlsəfədə əxlaq və ədalət mövzusuna da toxunub, amerikalı filosof Maykl Sandelin bu barədə mülahizələrinə və tənqidlərinə istinad edib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu

Səyavuş Heydərov: "Ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir"

Xəbərlər
10.10.2018 / 18:00
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ...

Xəbərlər
09.10.2018 / 14:23
Ətraflı oxu