Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər / 17.09.2018 / 16:33

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Lənkəran rayonu Cil kənd tam orta məktəbində “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Cil kənd tam orta məktəbinin direktoru Ağamoğlan Həbibov, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ağamoğlan Həbibov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tariximizin dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. 
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövrü haqqında məlumat verib. Natiq AXC dövründə həyata keçirilən tədbirlərdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin AXC ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığını və bunun isə Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini qeyd edib. 
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli mövzusunda çıxışında Xalq Cümhuriyyəti dövründə mövcud olan dövlət-din münasibətləri haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Məktəbin müəllimləri Səbirə Xurşudova və Familə Həbibova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı məktəbdə keçirilən maarifləndirmə tədbirinə görə Bilik Fonduna və Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olunmuşdur

Press-relizlər
02.05.2014 / 16:09
Ətraflı oxu

ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Press-relizlər
15.05.2018 / 10:47
Ətraflı oxu

Siyəzən rayonunun Gilgilçay qəsəbəsində “Şəhadət” filmi nümayiş etdirilib

Arxiv
07.06.2018 / 15:41
Ətraflı oxu

Biləsuvar rayonunda fəaliyyət göstərən dini icma sədrləri ilə videoformatda görüş keçirilib

Xəbərlər
07.04.2021 / 17:08
Ətraflı oxu

Bölgələrdə maarifləndrimə tədbirləri davam etdirilir

Press-relizlər
04.12.2017 / 17:39
Ətraflı oxu

Nəsimi rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.05.2019 / 16:02
Ətraflı oxu