Lənkəranda “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 10.10.2018 / 15:25

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”  mövzusunda tədbir keçirilib.

Lənkəran Dövlət Humanitar Kollecində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov çıxışında Azərbaycan gənclərinin yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. R.Həmidov keçirilən maarifləndirmə tədbirinin gənclərin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkə gənclərinin Vətən, torpaq sevgisinin, müstəqillik ruhunun yüksək olduğunu vurğulayıb. “2016-cı ilin aprel döyüşlərində mənfur qonşularımız olan ermənilər üzərində qazandığımız qələbə, tarixi, əzəli torpaqlarımızın bir hissəsinin geri alınması bir daha deməyə əsas verir ki, ölkəmiz güclü orduya, sağlam ruhlu və vətənpərvər əhvali-ruhiyyəli gənclər ordusuna sahibdir”,- deyə Q.Məmmədov bildirib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verən Q.Məmmədov qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və  vətənpərvərliyin təbliğ olunmasıdır.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev çıxışında Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti haqqında ətraflı məlumat verib. E.Fətəliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət gənclər siyasətinin formalaşdırıldığını, bu  gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib

Xəbərlər
15.10.2018 / 18:07
Ətraflı oxu

Yevlaxda “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.10.2018 / 15:11
Ətraflı oxu

Yardımlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
17.10.2018 / 16:50
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

“Azərbaycan multikulturalizmi dünyanın gözü ilə” adlı kitab nəşr edilib

Kitablar
19.10.2017 / 11:35
Ətraflı oxu