Zaqatalada “Milli-mənəvi dəyərlər bizim sərvətimizdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 18.09.2018 / 12:18

Sentyabrın 18-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər Akademik Zərifə Əliyeva adına liseydə “Milli-mənəvi dəyərlər bizim sərvətimizdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, DTX-nin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli, liseyin direktoru Kəmalə Əhmədova, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər. 
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Kəmalə Əhmədova tədbiri giriş sözü ilə açaraq milli-mənəvi dəyərlərin qorunub saxlanılması və radikal dini cərəyanlara qarşı mübarizə istiqamətində keçirilən maarifləndirmə tədbirlərinin gənclərin mill-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətindən danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının, eləcə də gənclərin elmə və təhsilə yiyələnmələrinin vacibliyini bildirib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemindən, dini radikalizmin yaranma səbəblərindən, törətdiyi fəsadlardan, dini radikal qrupların təbliğat metodlarından bəhs edib. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sisteminin dini radikalizmə qarşı mübarizədə effektiv vasitə olduğunu qeyd edib.
DTX-nin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli çıxışında dini radikalizmin və ekstremizmin yayılmasına qarşı qəbul edilmiş qanunvericilik aktlarından, ölkəmizdəki sabitlikdən və inkişafdan, dövlət tərəfindən gənclər üçün yaradılmış yüksək təhsil şəraitindən danışaraq, gənclərin bu imkanlardan daha geniş istifadə etməsinin vacibliyini vurğulayıb. 
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

“Çağdaş müsəlman mənəviyyat nümunəsi” kitabı çap olunub

Kitablar
02.05.2019 / 14:39
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransada jurnalistlərin öldürülməsi hadisəsinə ...

Açıqlama
08.01.2015 / 15:00
Ətraflı oxu

“Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans

Xəbərlər
29.06.2020 / 17:01
Ətraflı oxu

Göyçayda 20 Yanvar faciəsinin qurbanları anılıb

Press-relizlər
17.01.2019 / 15:14
Ətraflı oxu

Goranboyda “Azərbaycanda tolerantlıq həyat tərzidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.02.2017 / 15:43
Ətraflı oxu