Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 09.10.2018 / 17:37

Oktyabrın 9-da Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi  (DQİDK) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Mamrux kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda  maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, rayon Təhsil şöbəsinin nümayəndəsi  İlkin Məmmədov, məktəbin direktoru Vəsilə Hacıyeva, müəllim kollektivi və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vəsilə Hacıyeva şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən danışıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq, müasir dövrdə gənclərin  milli-mənəvi  dəyərlərə bağlılığının vacib olduğunu bildirib.

DQİDK-nın  Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında Azərbaycan gəncliyinin hər zaman vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq olduğunu qeyd edərək, sabahın qurucuları olacaq gənclərin bütün sahələrdə qazandığı uğurlardan, gənclərin qarşısında duran vəzifələrdən söhbət açıb.  Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemindən, Azərbaycan multikulturalizmindən, respublikamızda mövcud olan tolerantlıqdan danışıb.

Dini radikalizmin zərərləri barədə məlumat verən İ.Vəliyev gənclərin radikal qrupların təsirindən qorunmaları üçün onların yüksək təhsilə, elmə yiyələnmələrinin vacibliyini vurğulayıb.

Rayon Təhsil şöbəsinin  nümayəndəsi İlkin Məmmədov  çıxışında xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini və adət-ənənələrini  bilmək və onları qoruyub saxlamağın vacibliyini qeyd edib.


Son baxılan xəbərlər

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

Azərbaycan tolerantlıq nümunəsidir

Multikulturalizm
16.11.2016 / 15:33
Ətraflı oxu

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar Azərbaycandan deportasiya ediliblər

Press-relizlər
11.01.2019 / 17:04
Ətraflı oxu

Gündüz İsmayılov: “Burada əsas məqsəd İslam dini pərdəsi altında insanların inancından sui-istifadə etmək, dindarları ...

Açıqlama
01.08.2018 / 14:39
Ətraflı oxu

Dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
05.12.2018 / 12:39
Ətraflı oxu