Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər / 09.10.2018 / 17:24

Oktyabrın 9-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan Aİİ rektoru Ceyhun Məmmədov dövlətin din siyasətindən danışıb. Rektor əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətini, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib.

Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə danışan C.Məmmədov institutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyib.

Rektor Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığa malik olduğunu xüsusi vurğulayıb. Rektor bildirib ki, Ç.Abdullayevin əsərləri, nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük maraqla oxunur. Görüşün məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağının artırmaq olduğunu vurğulayan rektor, bundan sonra institutda tanınmış qələm sahiblərinin, elm xadimlərinin gənclərlə görüşlərinin tez-tez təşkil olunacağını bildirib.

Sonra Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb və uğur hekayəsini bölüşüb.

Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı məsləhət görüb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan yazıçı həm fərd, həm də dövlət kimi güclü olmanın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib. Xalq yazıçısı gənc nəslin intellektual səviyyəsinin yüksəlməsi üçün, müxtəlif dillərdə mütaliənin əhəmiyyətini də nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğ olunması, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması üçün xarici dilləri bilmək günümüzün vacib şərtlərindəndir.

Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

 


Son baxılan xəbərlər

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzVision.az oxucularının suallarını ...

Müsahibələr
19.12.2014 / 15:10
Ətraflı oxu

Prezident İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub

Xəbərlər
24.01.2019 / 10:20
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin müavini: “Bu küləyin hardan əsdiyi çox dəqiq bilinir”

Açıqlama
11.07.2018 / 17:22
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
21.11.2019 / 11:25
Ətraflı oxu

ABŞ diplomatı: “Azərbaycanda müxtəlif din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiqdir”

Press-relizlər
09.08.2019 / 10:06
Ətraflı oxu