Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə silsilə tədbirlərini davam etdirir

Press-relizlər / 26.09.2018 / 15:41

Sentyabrın 25-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
“Heydər Əliyev və dövlət-din münasibətləri” mövzusunda keçirilən tədbirdə institutun müəllimləri dosent Anar Qafarov, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Aİİ-nin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, tarix elmləri doktoru, professor Musa Quluzadə və fəlsəfə elmləri doktoru Aydın Əlizadə iştirak ediblər.
Müzakirələrdə dini dözümlülük ənənələrinin möhkəmlənməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu, dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Diskussiyada ölkəmizdə sovet hakimiyyəti dövründə xalqımızın milli kimliyindən uzaqlaşdırıldığı, dini ibadət ocaqlarının dağıdıldığı, dini ayinlərin icrasının qadağan olunduğu bildirilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərində ciddi dəyişikliklərin baş verdiyi qeyd olunub. Din sahəsindəki sabitliyin təmin olunması, radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, müqəddəs ibadət ocaqlarının fəaliyyəti bərpa edilib, yeniləri inşa olunub. Ümummilli Liderin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, tolerantlıq ənənələrinin qorunmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri xüsusi vurğulanıb.
Tədqiqatçılar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini, Azərbaycan təcrübəsinin dünyanın müxtəlif ölkələrində öyrənildiyini qeyd ediblər. Bildirilib ki, milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük və tolerantlıq mühiti formalaşıb. Əsrlərboyu olduğu kimi, bu gün də ölkəmizdəki müxtəlif xalqların və etnik azlıqların nümayəndələri əmin-amanlıq şəraitində yüksək hörmət və etimadla mənəvi-əxlaqi dəyərlərə söykənən bir mühitdə birgə yaşayırlar. Mütəxəssislər İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmənin önəmindən danışaraq qeyd ediblər ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir.


Son baxılan xəbərlər

Ucarda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
10.04.2019 / 17:11
Ətraflı oxu

16 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.11.2018 / 16:28
Ətraflı oxu

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu

Amil Cavadov: İslam dininin olduğu kimi yenidən dünya ictimaiyyətinə çatdırılmasına ehtiyac var

Açıqlama
16.01.2017 / 13:03
Ətraflı oxu

Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir

Press-relizlər
12.04.2019 / 17:08
Ətraflı oxu

Dövlət Komitəsinin könüllüləri ilə onlayn formatda görüş keçirilib

Könüllü fəaliyyət
02.09.2020 / 15:10
Ətraflı oxu