Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər / 09.10.2018 / 15:26

Oktyabrın 6-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət qulluğu nədir?” mövzusunda təlim keçirilib.

Təlimdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri və icra hakimiyyətində təcrübə keçən 14-cü qrup ASAN könüllüləri iştirak ediblər.

Təlimi açıq elan edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini Şəmsi Gülverdiyev gəncləri salamlayıb və təlimin əhəmiyyəti haqqında məlumat verib. Daha sonra söz təlimçi Samir Yoldaşova verilib. Təlimdə dövlət qulluğu, dövlət qulluğu imtahanının mərhələləri haqqında geniş məlumat verilib. Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.


Son baxılan xəbərlər

Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
20.05.2019 / 17:03
Ətraflı oxu

Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Xəbərlər
17.12.2018 / 16:49
Ətraflı oxu

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Azadlıq Radiosuna müsahibəsi

Xəbərlər
07.11.2014 / 17:43
Ətraflı oxu

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

Xəbərlər
17.11.2018 / 13:51
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra əhəmiyyətli görüşlər keçirib

Press-relizlər
30.06.2018 / 12:54
Ətraflı oxu

FETÖ, neqativ eksternaliya və qeyri-simmetrik informasiya

Xəbərlər
26.08.2016 / 10:33
Ətraflı oxu