“Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər / 27.09.2018 / 12:00

Sentyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb. Tədbirdə dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Astara rayonu İslam dininin hər iki məzhəbinin sülh, həmrəylik və vəhdət şəklində yaşadığı unikal bölgələrdən biridir.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında, eləcə də, dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar haqqında məlumat verib. O vurğulayıb ki, Ümummilli Lider tərəfindən qoyulan dövlətin din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə tolerant və multikultural mühit formalaşıb və bu, bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Natiq dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verildiyini vurğulayıb. S. Salahlı onu da qeyd edib ki, respublikamızda qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
S.Salahlı dini radikalizmə qarşı mübarizənin metodları haqqında danışıb. Natiq gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Müasir dövrdə dünyanın dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini, terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai-siyasi sabitliyin pozulduğunu vurğulayıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda müxtəlif xalqlar, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və həmrəyliyin hökm sürdüyünü qeyd edib.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Tolerantlığın Azərbaycan modeli

Multikulturalizm
16.11.2018 / 09:52
Ətraflı oxu

Bərdədə "Şahadət" filmi nümayiş olunub

Press-relizlər
20.02.2018 / 15:04
Ətraflı oxu

10 və 11 saylı cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
25.10.2018 / 17:41
Ətraflı oxu

Masallıda “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.12.2017 / 17:03
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti ...

Xəbərlər
03.09.2020 / 12:24
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.11.2019 / 16:56
Ətraflı oxu