Bakıda “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər / 01.10.2018 / 10:27

Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib. Konfransda DQİDK-nın rəhbərliyi, Dövlət Komitəsi yanında fəaliyyət göstərən Dinşünaslıq üzrə Komissiyanın üzvləri, ilahiyyatçı alimlər, dini icmaların və nəşriyyatların rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov DQİDK-nın fəaliyyət istiqamətlərindən birinin dini təyinatlı ədəbiyyatın idxalına və yayılmasına nəzarət edilməsinin təşkil etdiyini və bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib. Yad dini ideologiyaların yayılmasının qarşısının alınmasında müvafiq orqanlarla birgə tədbirlərin həyata keçirildiyini qeyd edib.

Daha sonra DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov geniş təqdimatla çıxış edib. N.Məmmədov ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim olunan dini məzmunlu ədəbiyyatlar, eyni zamanda dini məzmunlu məlumat materiallarının nəzarət markası ilə markalanması, dini ədəbiyyatların satışı ilə məşğul olan ixtisaslaşdırılmış satış məntəqələri barədə məlumat verib.

Tədbirdə, eləcə də AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov və yazıçı, ilahiyyatçı-psixoloq Rövşən Abdullayev çıxış ediblər.

Konfrans ölkəyə idxal olunan və ölkədə nəşr olunan dini təyinatlı ədəbiyyatın ekspertizası, bu sahədə nəşriyyatların üzərinə düşən vəzifələrin müzakirəsi ilə davam edib.


Son baxılan xəbərlər

Hacıqabul rayonunda “Şəhadət”sənədli filmi nümayiş etdirilib

Press-relizlər
07.04.2018 / 12:13
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
16.02.2018 / 16:15
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
21.02.2019 / 09:30
Ətraflı oxu

Binə qəsəbəsində dini radikalizm problemi müzakirə edilib

Press-relizlər
10.03.2017 / 16:11
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Press-relizlər
22.10.2018 / 15:07
Ətraflı oxu