Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər / 03.10.2018 / 17:06

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin Beynəlxalq missiyası departamentinin direktor müavini Çarlz Lambert ilə görüşüb.

Görüş zamanı DQİDK-nın sədri qonağı ölkəmizdəki dövlət-din münasibətləri və multikultural mühit barədə məlumatlandırıb. Bildirib ki, demokratik, dünyəvi və hüquqi dövlət olan Azərbaycanda din dövlətdən ayrı olsa da bu sahəyə daim diqqət və xüsusi qayğı göstərilir.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib. 

Azərbaycanda müxtəlif dini konfessiya nümayəndələrinin etnik-mədəni özünəməxsusluğunun qorunub-saxlanması üçün hərtərəfli hüquqi-demokratik şərait yaradıldığını deyən Mübariz Qurbanlı ölkəmizdə 20-si xristian olmaqla 31 qeyri-islam təmayüllü dini icmanın dövlət deydiyyatına alındığını, 14 kilsənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi Çarlz Lambert hər gəlişində Bakının daha da inkişaf etməsinin şahidi olduğunu bildirib. 

Ölkəmizdəki dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının fəaliyyəti üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib.

Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib. 


Son baxılan xəbərlər

Mingəçevirdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 15:47
Ətraflı oxu

Zərdabda “XX əsrin 20 Yanvar faciəsi” mövzusunda anım tədbiri keçirilib

Press-relizlər
17.01.2019 / 10:48
Ətraflı oxu

Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Xəbərlər
19.09.2019 / 17:18
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib

Press-relizlər
03.07.2018 / 15:08
Ətraflı oxu

Qubada Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər
23.02.2018 / 16:06
Ətraflı oxu

Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
01.05.2019 / 15:41
Ətraflı oxu