Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər / 04.10.2018 / 16:14

Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb. Tədbirdə dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhruz Rüstəmov rayondakı dini durum barədə məlumat verib. Natiq əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb. 

Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndərimizin uzaqgörən siyasətinin dini dəyərlərimizin dirçəlməsinə yönəldiyini, onun milli-mənəvi dəyərlərimizə hər zaman hörmət və qayğı ilə yanaşdığını vurğulayıb. Bildirib ki, bu nümunəvi siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinin, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının nəticəsi olaraq bu gün ölkəmizdə dini baxımdan stabillik mövcuddur. Səyyad Salahlı respublikamızda dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi sahəsində görülən işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

DQİDK sədrinin birinci müavini çıxışında, eyni zamanda, xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb.

S.Salahlı İslamın zorakılığa, terrorizmə qarşı olduğunu və insanlar arasında sevgini, hörməti, anlayışı təbliğ etdiyini vurğulayıb. O, cəmiyyət üçün təhlükəli olan zərərli dini ideologiyaların yayılmasının qarşısının alınması üçün dini maarifləndirməyə böyük ehtiyac olduğunu bildirib və radikalizmlə mübarizədə dini icmaları və din xadimlərini fəal olmağa çağırıb.

Tovuz rayon məscidi dini icmasının sədri Nəriman İbayev isə çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib.

Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 


Son baxılan xəbərlər

Xızıda “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.02.2020 / 16:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib

Press-relizlər
14.03.2018 / 15:16
Ətraflı oxu

Nizami rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
30.05.2019 / 15:55
Ətraflı oxu

Prezident İlham Əliyev: “Bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”

Xəbərlər
19.10.2020 / 11:41
Ətraflı oxu

Rusiyada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda ...

Press-relizlər
27.03.2019 / 16:33
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu