Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilib

Press-relizlər / 15.07.2015 / 17:15

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.
Növbəti iftar süfrəsi iyulun 13-də Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icması tərəfindən açılıb. İftar mərasimində Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşları, dini icma üzvləri, bölgə ağsaqqalları, ziyalı və gənc dindar təbəqə də iştirak ediblər. Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxış edərək iftar süfrəsində  dövlət-din  münasibətlərinin  günbəgün güclənməsindən, son zamanlar həyata keçirilmiş mühüm işlərdən danışıb. Natiq İslam  dəyərlərinə  hörmət edən  insanlar  üçün  yaradılan şəraitdən söz açıb.
***

İyulun 13-də Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icması, Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması, eyni zamanda, iyulun 14-də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi, Səbail rayonu “Həzrət Muhəmməd” məscidi dini icması tərəfindən də iftar süfrələri təşkil olunub. İftar mərasimlərində Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin, rayon İcra Hakimiyyətinin nümayəndələri,  din xadimləri, ağsaqqallar və gənclər iştirak edib. Təşkil olunmuş iftar mərasimlərində çıxış edən natiqlər bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər.
***

İyulun 12-də Yevlax rayonunun Xaldan kəndində iftar süfrəsi açılıb. Kənd ərazisində fəaliyyət göstərən “Ərəş” şadlıq sarayında təşkil olunmuş təxminən 60 nəfərin iştirak etdiyi iftar məclisində dini icmanın üzvləri, ağsaqqallar, şəhid ailələri, gənclər, həmçinin, dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Yevlax şəhəri Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri vəzifəsini icra edən Natiq Əfəndiyev çıxış edərək, ölkəmizdəki mövcud dini durumdan, dindarlarla dövlətin vəhdətindən, ölkəmizdə mövcud olan tolernatlıqdan və ölkəmizin dünya birliyindəki və İslam aləmindəki yerindən və rolundan danışıb.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev Dövlət Komitəsinin fəaliyyətindən, dini maarifləndirmə sahəsində görülən tədbirlərdən danışıb.
Daha sonra çıxış edən din xadimləri dövlət-din münasibətlərindən, gənclərin qeyri-ənənəvi zərərli dini cərəyanlara qoşulmalarının mənfi nəticələrindən bəhs ediblər.
İftar məclisində orucluqdan və iftar süfrələrindən danışılıb, qarşıdan  gələn  Ramazan  bayramı münasibəti  ilə iştirakçıları ürəkdən təbrik  edilib. Mərasimdə  dini-mənəvi dəyərlər  mövzusunda söhbətlər aparılıb, ölkə prezidenti İlham Əliyevin uğurları üçün dualar oxunub.
Sonda dini icma numayəndələri, ağsaqqallar, dindarlar və iftar məclisində iştirak edənlər belə tədbirlərin keçirməsindən məmnun olduqlarını bildiriblər. Təşkilatçılara öz minnətdarlıqlarını çatdırdılar.
 
***
      
İyulun 10-da Lənkəran şəhər “Cümə” məscinin təşkilatçılığı ilə Lerik rayonunun “Təbəssüm” İstirahət Mərkəzində təşkil olunmuş iftar süfrəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Tədbirdə Lənkəran bölgəsinin din xadimləri, ağsaqqallar və dindarlar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dövlətin milli-mənəvi dəyərlərimizə olan qayğısından danışaraq, bu il Ramazan ayı boyunca ölkə ərazisində iftar süfrələrinin açılması dindarlar tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran şəhəri üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə dövlət-din münasibətlərindən danışaraq qeyd edib ki, inanclı insanlara dövlət tərəfindən iftar süfrələrinin verilməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
Tədbirdə daha sonra çıxış edən din xadimləri və dindarlar ibadət üçün  hər cür şəraitin yaradıldğını, dövlətin dinə diqqət və qayğısının təməlinin Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu  və bu siyasətin hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

***  

İyulun 13-də Şirvan şəhərində iftar təşkil olunub. Şirvan şəhər məscidində təxminən 150 nəfərin qatıldığı iftar süfrəsində Şirvan ŞİH-nin ictimai-siyasi-humanitar şöbəsinin baş məsləhətçisi Adəm Hüseynov, bölgə qazısı Hüsni Həsənov, Şirvan şəhər məscidinin axundu və QMİ-nin səlahiyyətli nümayəndəsi Əvəz Mehrəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Namiq Cırıyev, Şirvan bölgəsi üzrə şöbə müdiri (vəzifəsini icra edən) Aydın Əliyev, dini icma sədrləri, üzvləri, ağsaqqallar, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan axund Əvəz Mehrəliyev dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edib. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Namiq Cırıyev dövlət-din münasibətlərindən, Komitənin fəaliyyətindən, dini maarifləndirmə sahəsində görülən tədbirlərdən danışıb. 
Daha sonra Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Aydın Əliyev, Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, bölgə qazısı Hüsni Həsənov və digər natiqlər də çıxışlar ediblər.

****

İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Sabirabad rayonununun “Kür-Araz” otelində ənənəvi iftar süfrəsi təşkil edilib. Mərasimdə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov, rayon İdman və Gənclər İdarəsinin müdiri Nadir Quliyev, QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov,  rayondakı dini icmaların sədrləri, din xadimləri, dindarlar iştirak ediblər. İftar mərasimi Sabirabad şəhər mərkəzi “Heydər” məscidinin dini icmasının sədri, axund Məhəmməd Əliyevin Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlanıb. Dindarlarla görüşdə Dövlət Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb.     
Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov çıxış edərək qeyd edib ki, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmlənib.
Mərasimdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov bildirib ki, açılan iftar süfrələri ölkəmiz üçün ənənəvi xarakter daşıyan tolerantlığın təcəssümüdür.
 
    


Son baxılan xəbərlər

"İslamda Vətən və dövlət sevgisi"

Kitablar
04.12.2015 / 12:49
Ətraflı oxu

“Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusu müzakirə edilib

Press-relizlər
16.12.2020 / 16:13
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Xəbərlər
23.01.2020 / 16:16
Ətraflı oxu

Salyanda "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir ...

Press-relizlər
12.11.2018 / 17:55
Ətraflı oxu

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu

Prezident İlham Əliyev: “İşğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi ...

Xəbərlər
20.04.2021 / 11:43
Ətraflı oxu