Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama / 14.07.2015 / 18:21

“Avropa Oyunları zamanı xaricdən təsirlərə qarşı mübarizədə Azərbaycan mətbuatı böyük iş görüb. İdeoloji müstəvidə işğalçı Ermənistana, eləcə də Azərbaycana qarşı olan digər xarici dairələrə münasibətdə mətbuatımz böyük işlər aparmaqdadır”.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin yekunları ilə bağlı keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.M. Qurbanlı bildirib ki, Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkil etdiyi iftar mərasimində çıxışı zamanı mili-mənəvi dəyərlərlə bağlı həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi: “Nazirlər Kabinetinin iclasında da bu məsələlərə toxundu. Dövlət başçısı mili-mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirilməsini zəruri saydı. Milli-mənəvi dəyərləri qorumaq xalqın əsas vəzifələrindən biridir. Bu dəyərlər mili kimlik məsələsidir”. 

Son baxılan xəbərlər

“Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
19.10.2018 / 10:09
Ətraflı oxu

Qubada 20 Yanvar şəhidləri anılıb

Press-relizlər
21.01.2021 / 10:56
Ətraflı oxu

Dini-tarixi irsimiz: həqiqətlər və erməni mifləri

Xəbərlər
08.12.2020 / 10:32
Ətraflı oxu

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər
22.11.2017 / 14:20
Ətraflı oxu

Dini icmalar arasında mini futbol turnirinə start veriləcək

Arxiv
17.04.2013 / 11:45
Ətraflı oxu

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbərlər
24.05.2019 / 17:51
Ətraflı oxu