Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri və din xadimləri ilə görüş keçirilib

Xəbərlər / 18.06.2015 / 09:55

İyunun 18-də Ramazan ayının başlanması ilə əlaqədar olaraq  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş keçirilib.
Görüşdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən surələr oxunub.  Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov çıxış edərək Ramazan ayının başlanması ilə əlaqədar dindarları təbrik edib. Şöbə müdiri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinin vacibliyini din xadimlərinin diqqətinə çatdırıb.
Dini sahədə düzgün maarifləndirmənin vacibliyini qeyd edən A.Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dini icmalara maliyyə vəsaitlərinin ayrılmasının Dövlət Komitəsi tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.
Çıxış edən din xadimləri və icma sədrləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. İcmaların fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşün sonunda icma sədrləri və din xadimlərinə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunmuş kitablar və çap vəsaitləri, həmçinin QMİ tərəfindən təsdiq edilərək dərc edilən Ramazan təqvimləri təqdim olunub.
Sumqayıt şəhərində isə Ramazan ayının başlanması ilə əlaqədar olaraq  dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və QMİ-nin Sumqayıt şəhəri üzrə qazisinin birgə təşkilatçılığı ilə keçirilib.
Çıxış edən QMİ-nin Sumqayıt şəhəri üzrə qazisi Rauf Sərdarov Ramazan ayının gəlişi münasibətilə dindarları təbrik edib.
Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğunu qeyd edib və dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Dini qurumlarla iş üzrə şöbənin məsləhətçisi Əli Həziyev dini icmalara maliyyə vəsaitlərinin ayrılması üçün layihənin təqdim olunma qaydaları barəsində icma sədrlərinə məlumat verib.
Sonda dini icma sədrlərini və din xadimlərini maraqlandıran suallar cavablandırılıb.  

Son baxılan xəbərlər

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi uğurla icra olunur

Press-relizlər
13.02.2017 / 17:06
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri ilə görüşüb

Press-relizlər
03.05.2019 / 13:59
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.11.2017 / 16:08
Ətraflı oxu

Sülhün, ədalətin və kamilliyin tərənnümçüsü

Xəbərlər
13.11.2019 / 09:27
Ətraflı oxu