Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ təşkilatının din azadlığı haqqında illik hesabatına münasibət bildirib

Açıqlama / 08.05.2015 / 18:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCİRF) dünyada din azadlığı haqqında illik hesabatına münasibət bildirib
ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası (USCİRF) dünyada din azadlığı haqqında illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycandakı dini durumla əlaqədar verilən malumatlar qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Həmin məlumatlar Azərbaycanda mövcud tolerant və multikultural mühitə kölgə salmağa, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa yönəlmiş cəhddən başqa bir şey deyildir.
Azərbaycan tolerant və multikultural dəyərlərə sahib ölkədir və respublikamızda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bərabər hüquqludurlar. Azərbaycanda dini etiqad azadlığı qanunla təmin olunur və insanların dini ibadətlərini həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycanın tolerantlıq ənənələri bütün dünya ölkələri üçün nümunədir və bu bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaxın günlərdə hesabatla bağlı ətraflı mövqeyini açıqlayacaqdır.  

Son baxılan xəbərlər

Səyyad Salahlı: “Dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi diqqət mərkəzindədir”

Press-relizlər
11.02.2020 / 12:35
Ətraflı oxu

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan ...

Xəbərlər
07.08.2020 / 15:51
Ətraflı oxu

Cənub bölgəsinin din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Xəbərlər
14.08.2020 / 11:59
Ətraflı oxu

“Jewish Journal”: “Müsəlman ölkəsində qəhrəman yəhudinin heykəli ucaldılıb”

Press-relizlər
19.11.2019 / 14:11
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Saatlıda “Sülh aylığı” çərçivəsində “İslam dinində sülhün mahiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.09.2016 / 16:07
Ətraflı oxu