4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 18.03.2015 / 15:32

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirici tədbir 13 mart 2015-ci il tarixdə Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Nahid Məmmədov, Tərbiyə İşinin Təşkili idarəsinin inspektoru ədliyyə mayoru Süleyman Salayev və Penitensiar xidmətin digər məsul əməkdaşları iştirak ediblər.
40-a yaxın məhkumun iştirak etdiyi tədbirdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbət aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib. Azərbaycanın tolerantlıq modeli dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb. 


Son baxılan xəbərlər

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.09.2019 / 12:36
Ətraflı oxu

“Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2016 / 13:55
Ətraflı oxu

Press-relizlər
23.08.2019 / 11:16
Ətraflı oxu

Zaqatalada “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.09.2019 / 16:31
Ətraflı oxu

Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib

Arxiv
25.11.2016 / 11:13
Ətraflı oxu