Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 20.07.2018 / 12:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov iyulun 19-da Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü, pastor Qorthart Günter Valter ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsi sədrinin müavini milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə tolerantlığı ilə nümunəvi olan Azərbaycanın multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Səyavuş Heydərov vurğulayıb ki, dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, antisemitizm kimi halların artdığı bir zamanda dövlət xüsusi tarixi, mənəvi əhəmiyyəti olan müxtəlif dini ibadətgahların bərpasına və inşasına diqqət ayırır. Dövlət-din münasibətləri istiqamətindəki siyasətin tərkib hissəsi olaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir, mütəmadi olaraq maliyyə yardımı ayrılır.
Qorthart Günter Valter ölkəmizdə olduğu müddətdə tolerant mühitin əyani şahidi olduğunu, eyni zamanda Azərbaycanda mövcud olan dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin bu gün bütün dünyada örnək olaraq qəbul edilməsinin təsadüfi olmadığını vurğulayıb.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri icmaya göstərilən qayğıya, problemlərinin həllində göstərilən dəstəyə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: "İslam meydana çıxdığı gündən elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib"

Press-relizlər
24.10.2018 / 15:46
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinə həsr edilən tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:50
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Bakıda müəllim və valideynlərin iştirakı ilə “Radikalizm və onun fəsadları” mövzusu müzakirə olunub

Xəbərlər
27.05.2019 / 17:34
Ətraflı oxu

Bərdədə qanunsuz dini mərasim keçirənlər saxlanılıb

Açıqlama
17.01.2017 / 18:06
Ətraflı oxu

Bakıda "Uşaq və gənclərin mənəvi inkişafı: necə və nə etməli?” mövzusunda konfrans keçirilib

Xəbərlər
31.10.2018 / 17:16
Ətraflı oxu