Dövlət Komitəsinin sədri: “Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”

Press-relizlər / 10.07.2018 / 16:23

“Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər: “Bununla onlar dini də təhrif edirlər".
Komitə sədri qeyd edib ki, Azərbaycan güclü dövlətdir və bu cür təxribatların öz məqsədinə çatmasına imkan verməyəcək: "Gəncədəki hadisənin dinə aidiyyəti yoxdur. Bumunla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanlar var və tezliklə hadisənin arxasında dayanan daxili-xarici qüvvələr ifşa edilib, ictimaiyyətə elan olunacaq. Hadisəni törədəni dəstəkləyənlərə nəzər yetirdikdə - hansı ki onlar hətta Ermənistanda oturaraq Azərbaycan əleyhinə təbliğat aparanlardır - o zaman məsələ aydın olur. Bu, ölkəmizə qarşı terror hadisəsidir”.
 
 (APA) 

Son baxılan xəbərlər

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
22.01.2018 / 17:26
Ətraflı oxu

Göyçayda “Milli-mənəvi dəyərlərimiz və məktəblilərin dini dünyagörüşü” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.12.2018 / 17:14
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu

“Cəmiyyətimizdə dini radikalizmə yer yoxdur” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2018 / 17:34
Ətraflı oxu

Zərdabda “Vətənpərvərliyin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
02.02.2018 / 15:37
Ətraflı oxu

Bölgələrimizdə Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur

Press-relizlər
26.02.2020 / 13:35
Ətraflı oxu