Samuxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər / 09.07.2018 / 17:09

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Dini icma sədrləri, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev dövlətin dinə qayğısından danışıb. Bildirib ki, ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri azad şəkildə öz dini ibadətlərini həyata keçirirlər.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dini radikalizmlə mübarizənin vacibliyindən danışaraq bildirib  ki, cəmiyyətin bütün təbəqələrinin bu prosesdə iştirak etməsi zəruridir. Dini radikalizmə qarşı mübarizənin ən effektiv yolunun maarifləndirmə olduğunu bildirən S.Salahlı Dövlət Komitəsinin bu sahədə olan fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirib ki, dini maarifləndirmə tədbirləri cəmiyyətin bütün sahələrini əhatə etməklə ölkənin bütün bölgələrində keçirilir. Regional seminar-treninqlər, seminar-müşavirələr, konfranslar formatında keçirilən maarifləndirmə tədbirləri çox böyük nəticələr verir. Birinci müavin qeyd edib ki, dini radikalizmin qarşısının alınması ölkəmizdə mövcud olan dini tolerantlıq və multikultural dəyərlərin qorunması və təşviqi baxımından çox böyük əhəmiyyətə malikdir.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu qeyd edən S.Salahlı dövlətin yürütdüyü din siyasətinin, dini konfessiyalar arasında mövcud olan qarşılıqlı əməkdaşlıq mühitinin bütün dünyada nümunə kimi təqdim olunduğunu vurğulayıb.
Müzakirələrlə davam edən seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 
 


Son baxılan xəbərlər

Gəncədə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans öz ...

Press-relizlər
03.10.2018 / 16:47
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
03.04.2019 / 15:05
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən Hesabatı çap edildi

Kitablar
12.05.2016 / 14:53
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Press-relizlər
25.02.2020 / 15:00
Ətraflı oxu