Ucarda zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 29.06.2018 / 16:22

İyunun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Mən sağlam həyat tərzi seçirəm, öz həyatımın qədrini bilirəm və narkotiklərə yox deyirəm” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədiklərini iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun ilə qoyulmuşdur.
Tədbirdə çıxış edən Ucar rayon Ağsaqqallar şurasının sədr müavini Niyaz Xəlilov və digər natiqlər vurğulayıblar ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Çıxışlar zamanı narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 

Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib

Press-relizlər
25.06.2019 / 15:38
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.07.2019 / 17:49
Ətraflı oxu

ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Press-relizlər
15.05.2018 / 10:47
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycan tolerantlığına, multikultural dəyərlərinə görə dünyada nümunəvi bir ölkə kimi tanınır"

Açıqlama
24.02.2020 / 09:25
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
12.02.2020 / 10:44
Ətraflı oxu

Qubada “Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu" mövzusunda tədbiri keçirilib

Press-relizlər
10.12.2016 / 11:46
Ətraflı oxu