Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər / 27.06.2018 / 10:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanda İran İslam Respublikası Mədəniyyət Günlərinin keçirilməsinin önəmini vurğulayaraq bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev, eyni zamanda, ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin də çox uğurla keçirildiyini və İran ictimaiyyəti tərəfindən maraqla qarşılandığını dedi. İranın qədim və zəngin mədəniyyətə malik olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan ictimaiyyətinin də öz növbəsində İran Mədəniyyət Günlərini səbirsizliklə gözlədiyini qeyd etdi. Prezident İlham Əliyev həm özünün, həm İran Prezidenti Həsən Ruhaninin dedikləri “Azərbaycan və İran xalqlarını birləşdirən tarixi və mədəni əlaqələrimizdir” fikrini məmnunluqla xatırladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən mədəni əməkdaşlıq istiqamətində çox uğurla inkişaf edir. Bu münasibətlərin gündəliyində duran bütün məsələlər öz həllini tapıb və bu gün əlaqələrimiz yüksək səviyyədədir. Dövlətimizin başçısı İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin ölkəmizə səfərinin əməkdaşlığımızın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini dedi.
Mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi İran Prezidenti Həsən Ruhaninin ən səmimi salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, İran Prezidenti İranla Azərbaycan arasında inkişaf edən əlaqələrin gündən-günə möhkəmlənəcəyinə əminliyini ifadə edib. Qonaq İran İslam Respublikası Mədəniyyət Günlərinin başlanğıcında Azərbaycana səfər etməsindən məmnunluğunu qeyd edərək bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirdi. O, eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırdı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Son baxılan xəbərlər

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
15.07.2019 / 16:17
Ətraflı oxu

Səyavuş Heydərov: "Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir"

Xəbərlər
01.10.2019 / 11:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
15.02.2019 / 16:32
Ətraflı oxu

Mübariz Qurbanlı: "Aşura qanun çərçivəsində keçirilib"

Press-relizlər
02.10.2017 / 17:32
Ətraflı oxu

Qobustanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər
14.05.2018 / 14:49
Ətraflı oxu

“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
29.08.2018 / 11:29
Ətraflı oxu