Qazaxda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər / 21.06.2018 / 16:52

İyunun 21-də Qazaxda Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb.
Seminar-treninqdə Qazax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, DQİDK sədrinin müavini Gündüz İsmayılov, eləcə də rayonun məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbri giriş sözü ilə açan Qazax RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova rayondakı dini durum və dini icmaların fəaliyyətləri haqqında məlumat verib, dini maarifləndirmə tədbirlərinin təşkil olunmasını yüksək qiymətləndirib.
DQİDK sədrinin müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizm haqqında məlumat verərək, onlara qarşı mübarizə üsullarından danışıb. Bildirib ki, İslam Azərbaycanda yayılmağa başladığı dövrdən indiyədək bu dinin radikal, humanizmdən kənar prinsiplərə əsaslanan hansısa təlimi təbliğat apara bilməyib. Bunun əsas səbəbi xalqımızın etnik xüsusiyyətləri, yüksək mənəviyyatı və mədəniyyəti ilə bağlıdır. G.İsmayılov onu da qeyd edib ki, istənilən cəmiyyətdə məişət səviyyəsində xurafat elementlərinə rast gəlmək olar. Bəzən bu elementlər dinlə əlaqələrindirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur, -deyə o vurğulayıb.
Sədr müavinin sözlərinə görə elm-təhsil olmayanda din xurafata çevrilir. G.İsmayılov diqqətə çatdırıb ki, təhsil, elm və din paralel addımlamalı, bir-birinə qarşı qoyulmamalıdır.
Seminar-treninqin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 


Son baxılan xəbərlər

“Ənənəvi İslam nümunələrinin qorunmasının vacibliyi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
11.01.2018 / 15:45
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb

Press-relizlər
05.02.2020 / 16:15
Ətraflı oxu

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
20.09.2018 / 12:10
Ətraflı oxu

Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya

Xəbərlər
27.08.2019 / 09:38
Ətraflı oxu

Mübariz Qurbanlının “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub

Kitablar
17.10.2019 / 11:57
Ətraflı oxu