Dövlət Komitəsinin sədri ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər / 14.06.2018 / 17:27

İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill ilə görüşüb.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsinin sədri qonağı ölkəmizdəki dövlət–din münasibətləri konsepsiyası, dinlərarası harmoniya, dini etiqad azadlığı barədə məlumatlandırıb.
Bildirib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir. Mübariz Qurbanlı ölkəmizdəki dini ibadətgahların dövlət tərəfindən bərpa edilməsinin, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımlarının ayrılmasının buna bariz nümunələrdən olduğunu bildirib. Əlavə edib ki, Prezident İlham Əliyevin yaxın günlərdə imzaladığı Sərəncama əsasən dini konfessiyaların dəstəklənməsi və fəaliyyətlərinin ahəngdarlığının təmin edilməsi məqsədi ilə onlara maliyyə yardımı ayrılıb.
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın güclü tolerantlıq ənənələrinə malik olduğunu diqqətə çatdıran diplomat Azərbaycanın multikulturalizm modelinin dünyada çox dəyərli nümunələrdən birinə çevrildiyini deyib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

    


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Press-relizlər
24.04.2019 / 12:54
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

Masallıda "Narkomaniya, erkən nikah və dini radikalizm dövrün bəlasıdır" ...

Press-relizlər
11.04.2019 / 15:27
Ətraflı oxu

Terrora qarşı İslam həmrəyliyi

İSLAM HƏMRƏYLİYİ İLİ
22.06.2017 / 11:47
Ətraflı oxu

Göygöldə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
29.06.2016 / 17:39
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu