Lənkəranda “Milli Qurtuluşdan inkişafa” adlı tədbir həyata keçirilib

Press-relizlər / 11.06.2018 / 11:42

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr edilən “Milli Qurtuluşdan inkişafa” adlı tədbir həyata keçirilib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidlinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətovun, Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın, rayonun Gəgiran kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin qatıldığı tədbir Heydər Əliyev Mərkəzində həyata keçirilib.     
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. R.Hüccətov Heydər Əliyevin müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd edib.       
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu vurğulayıb. Natiq, Heydər Əliyev öz xilaskarlıq missiyası ilə, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri sayəsində hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıb deyə sözlərinə əlavə edib.
Sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlarla tanış olublar.
 


Son baxılan xəbərlər

“İslam mədəniyyəti: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar
28.03.2019 / 16:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetinə müsahibə verib

Press-relizlər
19.01.2018 / 17:20
Ətraflı oxu

Saatlıda “Vətən sevgisi – şəhidlik zirvəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər
21.01.2020 / 14:58
Ətraflı oxu

Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
19.10.2018 / 15:59
Ətraflı oxu

Beynəlxalq konfrans işini plenar iclasla davam etdirib

Press-relizlər
22.12.2017 / 11:54
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.04.2019 / 16:30
Ətraflı oxu