Sabunçu rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 09.06.2018 / 10:32

İyunun 8-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu 271 saylı tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Pərvin Nuriyeva, məktəbin direktoru Səməndər Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov insan hüquq və azadlıqlarının qanunvericiliyimizdə təsbit olunduğu kimi, yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov insan və vətəndaş hüquq və azadlıqlarının, demokratik dəyərlərin Azərbaycan Xalq Cümhuriyyəti zamanında  olduğu kimi hazırkı dövrdə də təmin edilməsinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva öz çıxışında Azərbaycanın dünyada hüquqi dövlət ideyasının reallaşdığı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli və dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanındığını qeyd edib.

 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu

Şəkidə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 14:21
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru: İslam dini fitnə və fəsad törətməyi ən böyük ...

Açıqlama
12.07.2018 / 09:44
Ətraflı oxu

Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
28.08.2018 / 14:35
Ətraflı oxu

"İslamda Vətən və dövlət sevgisi"

Kitablar
04.12.2015 / 12:49
Ətraflı oxu

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.02.2020 / 14:58
Ətraflı oxu