“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 07.06.2018 / 16:39

İyunun 7-də Nizami rayonu 109 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhmən Hüseynov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan Hüquqları Aylığı”nın keçirilməsi, eyni zamanda əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının bölgə üzrə vəziyyəti və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, insan hüquq və azadlıqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhmən Hüseynov “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və dini icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.
Məktəbin direktoru Füzuli Xudiyev mövzunun əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin şagirdlərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Bakıda “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.10.2019 / 17:36
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı alman dilində nəşr olunub

Kitablar
09.08.2018 / 16:16
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Hər bir məscid Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimlərə ...

Müsahibələr
13.06.2016 / 12:11
Ətraflı oxu

Gündüz İsmayılov: “Ermənilər xristianların dini heysiyyatından sui-istifadə etməyə çalışır”

Açıqlama
12.10.2020 / 10:24
Ətraflı oxu

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu

Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə ...

Xəbərlər
07.11.2020 / 15:41
Ətraflı oxu