Neftçalada “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 05.06.2018 / 15:29

İyunun 5-də Neftçala rayonu 1 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, eləcə də məktəbin şagirdləri iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu bildirib. O, buna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə respublikamızda hər il ənənəvi olaraq “İnsan Hüquqları Aylığı”nın keçirilməsi, eyni zamanda əsas insan hüquqlarından sayılan dini etiqad azadlığının bölgə üzrə vəziyyəti və bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və dini icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib, eyni zamanda ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın respublika ərazisində uğurla icra edildiyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 

Son baxılan xəbərlər

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.11.2017 / 16:08
Ətraflı oxu

Məktəblərdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
06.12.2017 / 16:24
Ətraflı oxu

Şəkidə zərərli vərdişlərin fəsadları müzakirə olunub

Press-relizlər
08.05.2018 / 15:08
Ətraflı oxu

Yardımlıda "Dini radikalizm və narkomaniya ilə mübarizə yolları" mövzusunda tədbir keçirilib

Press-relizlər
19.12.2018 / 17:49
Ətraflı oxu

Ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib

Açıqlama
11.01.2018 / 16:30
Ətraflı oxu

Saatlıda dini icma sədrləri və din xadimləri ilə görüş olub

Press-relizlər
05.06.2018 / 16:30
Ətraflı oxu