Qusarda “İslam dinində insan haqları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 01.06.2018 / 14:40

İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə Qusar şəhəri “Mustafa Kazdal” məscidində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İslam dinində insan haqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və dindarlar iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxış edərək vurğulayıb ki, Azərbaycan dövləti vətəndaşlarının hüquqlarını yüksək səviyyədə təmin etməklə yanaşı, onun rifah halının daha da yaxşılaşdırılması sahəsində çox böyük işlər görür. Natiq, eyni zamanda vurğulayıb ki, ölkə rəhbərliyi hər zaman dinə və dindarlara, o cümlədən mənəvi dəyərlərimizin qorunub-saxlanmasına, inkişaf etdirilməsinə diqqət və qayğı ilə yanaşır.
Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev və Müvəkillin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev “İnsan Hüquqları Aylığı” çərçivəsində bölgədə təşkil olunan tədbirlərdən danışıblar.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və dindarları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
07.10.2019 / 15:03
Ətraflı oxu

Ağdamda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
05.09.2018 / 12:56
Ətraflı oxu

Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
27.11.2018 / 15:20
Ətraflı oxu

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

Xəbərlər
18.06.2016 / 09:08
Ətraflı oxu

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər
20.02.2018 / 17:32
Ətraflı oxu

Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.08.2019 / 14:44
Ətraflı oxu