AXC-nin 100 illiyi Qaradağda qeyd edilib

Press-relizlər / 29.05.2018 / 10:10

Mayın 26-da Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Cəmil Niftəliyev adına 233 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Sadiq Qinyazlı, məktəbin direktoru Gülər Bəbirova, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru G.Bəbirova çətin və mürəkkəb şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yoldan danışıb.
Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Y.Nəsibov öz çıxışında ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini dövlətçilik tariximizə verilən yüksək dəyər kimi qiymətləndirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini S.Qinyazlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu sahəsində görülən işlər, o cümlədən dövlət-din münasibətləri haqqında məlumat verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.İmanov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın zəngin dövlətçilk tarixində əlamətdar hadisə olduğunu, o dövrdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının təmin edilməsinin AXC-nin nümunəvi respublika kimi tanınmasında əsas rol oynadığını vurğulayıb.
Tədbirin sonunda məktəbin şagirdləri şeir və mahnılarla çıxış ediblər.

Son baxılan xəbərlər

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Xəbərlər
16.11.2018 / 17:00
Ətraflı oxu

Dövlət Komitəsində görüşlər keçirilib

Xəbərlər
10.02.2020 / 17:54
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qətər səfiri ilə görüşüb

Xəbərlər
11.12.2019 / 14:24
Ətraflı oxu

Gündüz İsmayılov: “Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər”

Press-relizlər
17.02.2020 / 14:27
Ətraflı oxu