İmişlidə “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 25.05.2018 / 17:39

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmişli rayonu Rəsullu kənd tam orta məktəbində “Vətənpərvərlik Vətənə xidmətin ən ali zirvəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirovun, İmişli rayonu Rəsullu kənd tam orta məktəbinin direktoru Əlibarat Ataşovun, məktəbin təşkilatçı müavini Vüsal Quluzadənin, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə “Şəhadət” sənədli filmi nümayiş olunub. 
Toplantıda çıxış edən məktəbin direktoru Ə.Ataşov bildirib ki, gələcəyimiz sayılan uşaqlar əsl vətəndaş ruhunda tərbiyə olunmalıdır. Direktor vurğulayıb ki, vətəndaş ruhunda tərbiyə onların yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi mənasına gəlir. Bunun üçün yeniyetmə və gənclərə Vətənimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrimizi öyrətməliyik deyə natiq sözlərinə əlavə edib.      
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov isə çıxışında əsrlərboyu xalqımızın mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində  öz dilini, dinini, Vətən sevgisini, milli adət-ənənələrini qoruyub saxlamasından bəhs edib. Natiq vətənpərvərlik hissinin insanın Vətəninə, ailəsinə sevgisindən, milli və mənəvi dəyərləri üçün qürur hissindən və Vətənin müdafiəsinə hər an hazırlığından ibarət olduğunu ifadə edib.
Sonda tədbirdəkiləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılara Komitə tərəfindən nəşr edilən ədəbiyyatlar  paylanılıb.
 
 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
09.09.2019 / 16:04
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
21.11.2019 / 09:11
Ətraflı oxu

Masallıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
11.12.2019 / 14:42
Ətraflı oxu

“Dünyəvi dövlətdə din və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.11.2019 / 16:50
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu