Mingəçevirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib

Press-relizlər / 25.05.2018 / 16:27

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib.
Toplantıda Mingəçevir ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri, ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, Mingəçevir şəhər Gənclər Evinin direktoru Tural Kərimov, din xadimləri, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırdığını diqqətə çatdırıb və Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin əhəmiyyətli hadisə olduğunu vurğulayıb.
Mingəçevir ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev isə “Müsəlman şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda çıxış edərək bu əlamətdar yubiley tədbirlərinin Azərbaycanın dövlətçilik tarixinin, müstəqillik illərində əldə etdiyi uğurların daha geniş şəkildə tanıdılması üçün əlverişli fürsət olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda çıxış edərək AXC-nin 23 aylıq fəaliyyəti dövründə və Azərbaycan Respublikasında mövcud olan dövlət-din münasibətləri haqqında ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının AXC-nin siyasi və mənəvi varisi olduğunu bildirib, ölkəmizin regionda və dünyada vacib rolundan bəhs edib.
Daha sonra mövzu ilə bağlı digər natiqlər çıxış edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2020 / 16:50
Ətraflı oxu

Sədr müavini Gündüz İsmayılov: “İslam dünyasının həmrəyliyi üçün göstərilmiş təşəbbüsə dəstəyi “Sovet propaqandası” adlandırmaq ...

Müsahibələr
08.06.2016 / 16:46
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin müavini: “Bu küləyin hardan əsdiyi çox dəqiq bilinir”

Açıqlama
11.07.2018 / 17:22
Ətraflı oxu

Səyyad Salahlı: “Dini radikalizmlə mübarizədə hər kəs, o cümlədən din xadimiləri fəal olmalıdır”

Press-relizlər
27.09.2019 / 12:00
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu