Mənəvi Dəyərlərin Təbliği Fondu: Rüstəm İbrahimbəyovun bədnam filmi Azərbaycan xalqına xəyanətin ən pis nümunələrindəndir

Açıqlama / 25.05.2018 / 14:16

"Bir xalqın özünəməxsus düşüncə və həyat tərzi, dili, adət-ənənələri, dəyər və normaları onun milli kimliyinin əsasını təşkil edir. Bu kimliyi qorumaq və inkişaf etdirmək həmin kimliyin çətiri ətrafında toplanan hər kəsin müqəddəs borcudur".
Bunu Trend-ə Rüstəm İbrahimbəyovun filminə münasibət bildirən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
M.İsmayılov bildirib ki, Azərbaycan xalqının milli kimliyinin, dolayısilə mənəvi-əxlaqi keyfiyyətlərinin, mədəniyyətinin, dünyagörüşünün müdafiəyə ehtiyacı yoxdur:
"Tarixə nəzər saldıqda görürük ki, xalqımız hər dövrdə o dövrün mütərəqqi düşüncə tərzinə sahib olub və bunun nəticəsidir ki, xalqımızın izləri yaxın və uzaq coğrafiyamızın yaddaşına həkk olunub. Şirvandan Ərdəbilə, Dərbənddən Hələbə, Bağdaddan Hindistana, İrəvandan Təbrizə uzanan bu izlər xalqımızın ulu və şanlı tarixinin aynasıdır. Məhz bu izlər sayəsindədir ki, əsrlərin ən keşməkeşlisi olan 20-ci əsrdə Azərbaycan xalqı bu günlərdə 100 illiyini qeyd etdiyimiz müsəlman Şərqində ilklərə imza atan Cümhuriyyəti qurmuş və əsrin sonlarında müsir dünyaya inteqrasiyanı hədəfləyən müstəqil Azərbaycan dövlətini bərqərar etmişdir".
İcraçı direktor qeyd edib ki, xalqı birləşdirən azərbaycançılıq ideologiyası mənəvi dəyərimizdir: "Ancaq elələri var ki, bizi birləşdirən dəyərlərə nankorcasına xəyanət edir. Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” adlı bədnam film də belə xəyanətin ən pis nümunələrindəndir və xalqımızın haqlı narazılığına səbəb olub. Mənəvi dəyərlərinə arxa çevirənlərin aqibəti acınacaqlı olur və heç vaxt bağışlanmır. Bir gölə daş atanda orada meydana gələn dalğa getdikcə böyüyür və həmin gölün sərhədlərini aşır. Əvəzində isə o daş göldə batır. Rüstəm İbrahimbəyov kimi dönüklərin xalqımızın milli-mənəvi kimliyinə atdığı daşların aqibəti də belədir. Atılan hər bir daş şanlı kimliyimizin dərinliyində yox olmağa məhkumdur".

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.06.2016 / 12:07
Ətraflı oxu

Bolqarıstanın din xadimləri Azərbaycanın multikultural dəyərləri barədə məlumatlandırılıblar

Multikulturalizm
28.11.2016 / 15:45
Ətraflı oxu

Şəkidə dini icmalar üçün ikigünlük regional konfransın işi yekunlaşıb

Xəbərlər
28.10.2014 / 16:42
Ətraflı oxu

Binəqədi və Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.06.2019 / 14:12
Ətraflı oxu

Ağstafada “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

Press-relizlər
05.06.2018 / 18:02
Ətraflı oxu

Dini təhlükəsizlik olmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür

Press-relizlər
06.08.2018 / 14:18
Ətraflı oxu