DQİDK sədri Mübariz Qurbanlı: “Din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər”

Press-relizlər / 24.05.2018 / 17:24

"Azərbaycan qanunvericiliyinə əsasən ölkəmizdə din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər. Bu, tək islama deyil, yəhudilik, xristianlıq və digər dini icmalara da aiddir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, əgər kimsə rəsmi təyinat olmadan fəaliyyət göstərirsə, İnzibati Xətalar və Cinayət məcəllələrində bununla bağlı maddələr var: "Bizim Komitənin də bu cür şəxsləri aşkara çıxarmaq, protokollar tərtib etmək, cərimələmək səlahiyyəti var. Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır". Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri də qeyri-qanuni fəaliyyət göstərən din xadimlərinin fəaliyyətinin yolverilməz olduğunu vurğulayıb: "Bu cür şəxslər bəzən insanları aldadaraq qeyri-qanuni kəbin kəsməklə məşğul olur. Kimsə dini kəbin kəsdirmək istəyirsə, yalnız rəsmi şəkildə fəaliyyət göstərən hər hansı din xadiminə kəbin kəsdirə bilər. Kəbin də o zaman kəsilə bilər ki, evlənən insanlar həddi-buluğa çatmış olsun və onların vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı rəsmi nikah sənədi olsun. Əgər həmin rəsmi nikah sənədini məsciddə, yaxud hər hansı dini məkanda çalışan din xadiminə təqdim etmirsə, bu halda dini kəbin kəsilməsi yolverilməzdir. Qafqaz Müsəlmanları İdarəsinin də bu sahədə qəti tələbi var. Biz müsəlmanıq, rəsmi nikahdan sonra hər hansı din xadiminin yanına gedərək dini kəbin kəsdirmək istəyən varsa, bu insanların öz hüquqlarıdır. Amma dini kəbin yalnız rəsmi nikah sənədi təqdim olunduğu halda rəsmi təyin edilən din xadimi tərəfindən kəsilə bilər. Rəsmi təyin olunmayan şəxslər bu cür fəaliyyətlə məşğul olur və bu da çox böyük problemlər yaradır. Bəzən azyaşlılara kəbin kəsirlər. Bu, cinayətdir və bəziləri cinayət məsuliyyətinə cəlb edilib".
Komitə sədri M. Qurbanlı hətta yas mərasimlərini rəsmi fəaliyyət göstərməyən şəxsin aparmasının da yolverilməz olduğunu vurğulayıb: "Bu ara mollalara bəzən insanları aldadıb guya “Quran”la fala baxırlar. “Quran” açıb fala baxanlar elə “Quran”ın özünə qarşı getmiş olur. Çünki “Quran”da falçılıq lənətlənir". 

(APA)


Son baxılan xəbərlər

Niderlandın “Diplomat Magazine” jurnalı: “Azərbaycan: multikulturalizm həyat tərzi kimi”

Multikulturalizm
26.11.2016 / 15:51
Ətraflı oxu

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.01.2018 / 17:54
Ətraflı oxu

Mübariz Qurbanlı: “Məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək”

Açıqlama
03.12.2015 / 16:38
Ətraflı oxu

“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
05.09.2018 / 11:44
Ətraflı oxu

ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Xəbərlər
09.03.2019 / 10:28
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu