AXC-nin yaranmasının 100 illiyi münasibətilə Bakıda tədbirlər keçirilib

Press-relizlər / 24.05.2018 / 13:51

 
Mayın 23-də DQİDK və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 171 və 95 saylı orta məktəblərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi mövzusu müzakirə olunub. Tədbirlərdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, adıçəkilən məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın dövlətçilik salnaməsinin yaddaqalan səhifələrindəndir. Keçirilən tədbirlərdə o da bildirilib ki, AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb.
Çıxışlarda Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi XX əsrin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymət kimi dəyərləndirilib. 


Son baxılan xəbərlər

Bölgələrdə "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
03.06.2019 / 14:04
Ətraflı oxu

Neftçalada “Şəhadət” sənədli filminin təqdimatı olub

Press-relizlər
01.03.2018 / 16:38
Ətraflı oxu

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.01.2018 / 17:54
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür

Açıqlama
21.03.2020 / 10:10
Ətraflı oxu

Göyçayda “Narkomaniya, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.12.2018 / 10:23
Ətraflı oxu