Zaqatala rayonunun Maqov kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri olub

Press-relizlər / 23.05.2018 / 15:06

Mayın 22-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə rayonun Maqov kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala RİH başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədkamil Qardaşov və Zaqatala RTŞ-nin metodisti Xamis İsmayılov, müəllim və yuxarı sinif şagirdlər iştirak ediblər.
Zaqatala RİH başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.Qardaşov bildirib ki, ərazidə fəaliyyət göstərən məktəblərdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda və mill-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində böyük əhəmiyyətə malikdir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İ.Vəliyev deyib ki, Azərbaycan gəncliyi hər zaman Vətənə, dövlətə, milli-mənəvi dəyərlərinə sadiq olub. Natiq multikultural və dini tolerantlıq dəyərlərinin  zəngin olduğu cəmiyyətimizdə radikal  dini cərəyanların, qeyri-ənənəvi təriqətlərin və dinlərin yaratdığı dini fanatizmin, radikalizmin, ekstremizmin zərərli olması və  törətdiyi  fəsadları barədə ətraflı məlumat verib, dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı R.Həsənov çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb, doğma Azərbaycanımızın çiçəklənməsi naminə gənclərə təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, gənclər dövlətimizin yaratdığı şəraitdən daha səmərəli istifadə edərək Vətənimiz üçün layiqli vətəndaş olmalıdırlar.
Sonda tədbir iştirakçılarına dini radikalizmi ifşa edən maarifləndirici ədəbiyyat  paylanılıb, mövzu ətrafında verilmiş suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “İrəvanda qədim məscidi şərab zavoduna çeviriblər”

Açıqlama
23.02.2021 / 11:08
Ətraflı oxu

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

Zaqatalada “Tolerantlığın ünvanı -Azərbaycan!” mövzusunda onlayn konfrans keçirilib

Press-relizlər
18.09.2020 / 16:39
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
10.10.2019 / 15:02
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” adlı kitab nəşr edilib

Kitablar
19.10.2017 / 11:29
Ətraflı oxu