San-Fransiskoda Azərbaycan tolerantlığına həsr olunmuş geniş tədbir keçirilib

Press-relizlər / 18.05.2018 / 14:54

Erməni lobbisi tədbirin qarşısını almağa çalışsa da, növbəti dəfə iflasa uğrayıb
San-Fransisko şəhərində ABŞ-ın ən qədim qurumlarından olan “Commonwealth Club” təşkilatında Azərbaycanın multikulturalizm, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının başçılığı ilə ölkəmizdəki müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində baş tutub.
Tədbir Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun, San-Fransiskoda və ətraf rayonlarda fəaliyyət göstərən dini komitələrin, şuraların, icmaların təşkilatçılığı ilə keçirilib.
Tanınmış din xadimlərinin, bir çox icmaların nümayəndələrinin, ictimai-siyasi xadimlərin və jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, DQİDK tərəfindən hazırlanmış videofilm nümayiş etdirilib. Tədbir iştirakçıları, həmçinin Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı fotosərgi ilə tanış olublar.
Əvvəlcə tədbirin təşkilatçıları salamlama nitqi ilə çıxış edib, Azərbaycanın multikultural dəyərlərindən, tolerantlıq ənənələrindən danışıblar.
Sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanda müxtəlif dinlərə məxsus çoxlu sayda ibadət evlərinin sərbəst fəaliyyət göstərdiyini qeyd edən M.Qurbanlı ölkəmizdə yaşayan dini icmalara dövlət qayğısından danışıb. Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizmi və tolerantlığı Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəltdiyini diqqətə çatdırıb.
Baş konsul Nəsimi Ağayev tədbirdə iştirak edən və onun təşkilinə kömək göstərən təşkilatlarla sıx dostluq münasibətlərinin qurulduğunu vurğulayıb və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib. Diplomat tədbirin keçirildiyi məkanın da əlamətdar yer olduğunu, ABŞ Prezidenti Vudro Vilsonun 1919-cu ildə məhz “Commonwealth Club” təşkilatında etdiyi çıxış zamanı Azərbaycan barədə müsbət fikirlərini bölüşdüyünü qeyd edib.
Sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri Fuad Nurullayev, Milix Yevdayev, Aleksandr Şarovski, Robert Mobili və Elnur Əfəndiyev ölkəmizin tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin Odlar Yurdunda sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.
Daha sonra nümayəndə heyətinin üzvləri tədbir iştirakçılarının və media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edək ki, radikal daşnak erməni lobbi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) San-Fransisko bölməsi tədbirin keçirilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə səylər göstərsə də, buna nail ola bilməyib. Bu zaman ANCA tədbirə nümayəndələrini göndərərək Azərbaycan haqqında yalan məlumatların əks olunduğu vərəqələr yaymağa cəhdlər göstərib. Bunun da qarşısı alındıqdan sonra erməni lobbisinin təmsilçiləri tədbirin gedişinə mane olmağa çalışaraq Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən təxribat xarakterli suallar veriblər. Cavab olaraq, DQİDK-nın sədri M.Qurbanlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edildiyini və 1 milyondan çox soydaşımızın öz yurdundan didərgin salındığını, bu münaqişənin dinlərarası münaqişə olmadığını qeyd edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin nə üçün indiyədək Ermənistan tərəfindən icra olunmadığını soruşub. Öz təxribat niyyətlərini həyata keçirə bilməyən və digər iştirakçıların da etirazı ilə üzləşən erməni lobbiçiləri rüsvayçılıqla tədbiri tərk ediblər.


Son baxılan xəbərlər

Xocalı soyqırımı ilə bağlı bölgələrdə anım tədbirləri keçirilib

Xəbərlər
25.02.2019 / 16:51
Ətraflı oxu

Qubada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işini ...

Press-relizlər
14.11.2018 / 15:00
Ətraflı oxu

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir

Müsahibələr
10.05.2019 / 09:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edəcək

Press-relizlər
19.04.2019 / 10:47
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.09.2019 / 12:36
Ətraflı oxu