Astarada “Dövlət-din münasibətlərinin Azərbaycan modeli” mövzusu müzakirə olunub

Press-relizlər / 16.05.2018 / 17:01

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasında “Dövlət-din münasibətlərinin Azərbaycan modeli” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri, din xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev mövzunun əhəmiyyətindən danışıb. Natiq çıxışında ölkəmizdə dinlərarası və məzhəblərarası həmrəylik və vəhdətin mövcud olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Ramazan ayının başlanması ilə əlaqədar dini icma sədrləri və din xadimlərini təbrik edərək, məscidlərdə azanların QMİ tərəfindən tərtib edilmiş təqvimə uyğun verilməlisinin zəruriliyini bildirib. T.Həsənzadə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri haqqında məlumat verib.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli çıxışında dövlətin dini sahəyə qayğısından danışıb. İ.Həsənli Ramazan ayı ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələrini verərək, vəhdətin qorunması, eləcə də tədbirlərin QMİ-nin fətvasına uyğun şəkildə keçirilməsininin vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    


Son baxılan xəbərlər

Lənkərandakı N saylı hərbi hissədə “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda ...

Press-relizlər
17.08.2018 / 15:26
Ətraflı oxu

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıdakı ...

Press-relizlər
06.03.2019 / 17:51
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 09:58
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardaranda polisə qarşı silah işlədilməsi terror əməli kimi dəyərləndirilir”

Açıqlama
30.11.2015 / 19:18
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Mübariz Qurbanlı: “Kimlərinsə məscidin minbərinə çıxaraq radikal dini çağırışlar etməsi qeyri-mümkündür”

Press-relizlər
28.03.2016 / 14:52
Ətraflı oxu