Masallıda dini icma sədrləri və dindarlarla görüş keçirilib

Press-relizlər / 16.05.2018 / 14:18

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazılığının birgə təşkilatçılığı ilə seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçisi Ceyhun Bəşirov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov Ramazan ayının başlanması ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov çıxışında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən bəhs edib. Bildirib ki, hazırda Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. M. Təhməzovun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının Ramazan ayı ilə bağlı fətvasına görə, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən Ramazan ayının 1-i miladi təqvimlə mayın 17-nə təsadüf edir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Ramazan ayının fəzilətlərindən söhbət açıb. Natiq, eyni zamanda dini icmalara və din xadimlərinə QMİ-nin tərtib etdiyi Ramazan ayı təqviminə birmənalı olaraq riayət olunmasını tövsiyə edib.
Tədbirdə çıxış edən digət natiqlər mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin jurnalist Səbuhi Abbasovun iddiaları ilə ...

Açıqlama
17.10.2019 / 11:00
Ətraflı oxu

Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.08.2019 / 14:44
Ətraflı oxu

Şabranda “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.02.2018 / 17:11
Ətraflı oxu

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

Dinimizin ali dəyərlərini hansısa maraqların, məsuliyyətsizliyin qurbanına çevirmək yolverilməzdir

Açıqlama
19.08.2020 / 09:31
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu