Göytəpə Sərhəd Dəstəsində “Dini ekstremizm - ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.05.2018 / 12:16

Mayın 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini ekstremizm-ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda tədbir keçirilib.
Zabit və sərhədçilərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan N saylı hərbi hissənin komandiri Müzəffər Pirizadə mövzunun əhəmiyyətindən danışıb.
Natiq çıxışında aparılan dövlət siyasətinin uğuru kimi çoxsaylı konflikt ocaqlarının cərəyan etdiyi bir zamanda respublikamızda mövcud olan sabitlikdən də bəhs edib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov dini ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları, o cümlədən bu sahədə reabilitasiya işlərinə üstünlük verilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Natiq bildirib ki, dini radikalizm və dini ekstremizm milli-mənəvi dəyərlərimizə əsas təhlükə mənbəyi hesab olunur. S. Heydərov dini radikalizmlə mübarizənin effektivliyinin artırılması üçün maarifləndirmə, preventiv və profilaktik xarakterli tədbirlərə üstünlük verildiyini də diqqətə çatdırıb. Sədr müavini vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirir.
S. Heydərov deyib ki, dünyada, o cümlədən Yaxın Şərqdə gərginliyin artmasına və qanlı toqquşmaların baş verməsinə baxmayaraq, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi və dini durum tam sabitdir, milli-mənəvi dəyərlərimizin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən bu sabitliyi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. S. Heydərovun sözlərinə görə, multikulturalizmin Azərbaycan modeli dünya ölkələrinin əksəriyyəti üçün bir təcrübədir və ölkəmiz bu siyasətlə dünya təhlükəsizlik sisteminə, dialoqa və əməkdaşlığa öz töhfəsini verir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub.
  

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru ...

Press-relizlər
01.05.2019 / 14:47
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “İslam Həmrəyliyi İli”ndə görüləcək işlərin detallarını açıqlayıb

Müsahibələr
22.02.2017 / 16:35
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Press-relizlər
19.03.2018 / 12:22
Ətraflı oxu

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.04.2019 / 15:51
Ətraflı oxu

Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2018 / 15:06
Ətraflı oxu

"Kənar qüvvələrin dindən sui-istifadəsinə yol verməməliyik"

Açıqlama
02.10.2014 / 09:00
Ətraflı oxu