Lerikdə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 15.05.2018 / 16:20

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Rəşid Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Cəngəmiran kənd tam orta məktəbinin direktoru Müqəddəs Feyruzov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəngəmiran kənd tam orta məktəbinin direktoru Müqəddəs Feyruzov çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. M.Feyruzov məktəblərdə keçirilən bu cür maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik ruhuna və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğunu vurğulayıb. A.Həsənov dini radikalizm və onun fəsadları, eləcə də Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında tədbir iştirakçılarına məlumat verərək deyib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi təsirlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.
Cəngəmiran kənd tam orta məktəbinin müəllimi Bəhram Mirzəyev və digərləri çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda formalaşması, elm və təhsilə yiyələnmələri, dini radikalizmdən qorunmalarının əhəmiyyətini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
23.08.2017 / 15:28
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Saatlıda dini maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.02.2018 / 12:47
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
18.01.2018 / 17:37
Ətraflı oxu

Astarada dini radikalizm və onun fəsadları mövzusu müzakirə olunub

Press-relizlər
14.02.2019 / 10:55
Ətraflı oxu

“20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.01.2017 / 13:18
Ətraflı oxu