Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər / 10.05.2018 / 15:38

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan   Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov mövzunun əhəmiyyətindən danışıb. Natiq, eyni zamanda rayondakı dini durum və dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda dövlət-din münasibətləri yüksələn xətlə inkişaf edir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. S. Salahlının sözlərinə görə, Ümummilli Liderimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi dini sahədə də dirçəlmə və irəliləyişlər ciddi şəkildə özünü büruzə verib. 
DQİDK sədrinin birinci müavini onu da deyib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Respublikamızda heç vaxt milli və dini zəmində, məzhəblər arasında ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. S.Salahlı vurğulayıb ki, ölkəmizdə ayrı-ayrı dinlərə, xalqlara mənsub olan insanlar arasında tarix boyu xoş münasibətlərin mövcud olması reallıqdır. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra bu ənənə daha da güclənib və bu gün xalqımızın ən mühüm nailiyyətləri sırasında yer alır.
Natiq, eyni zamanda dini radikalizm və dini ekstremizə qarşı mübarizənin metodologiyası barədə  danışaraq qeyd edib ki, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır. Dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin qarşısının alınmasında ən güclü vasitədir.
S. Salahlı sonda dini radikalizmlə mübarizədə dini icmaları və din xadimlərini fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən Şabran şəhəri “Xıdır Zində” məscidinin imamı Rahib Mövsümov ölkəmizdə dinə və dindarlara göstərilən diqqət və qayğıdan  söz açıb.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 


Son baxılan xəbərlər

Abşeron rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
02.09.2019 / 16:09
Ətraflı oxu

Gündüz İsmayılov: “Ermənilər xristianların dini heysiyyatından sui-istifadə etməyə çalışır”

Açıqlama
12.10.2020 / 10:24
Ətraflı oxu

Yaqut Əliyeva: Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir

Açıqlama
05.03.2021 / 10:48
Ətraflı oxu

Rektor: İlahiyyat İnstitutunu bitirənlər həm müxtəlif qurumlarda işləmək, həm də din xadimi olmaq imkanı ...

Müsahibələr
26.07.2018 / 15:30
Ətraflı oxu

Prezident İlham Əliyev: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik

Xəbərlər
05.03.2021 / 10:39
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
10.12.2018 / 13:07
Ətraflı oxu