Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Press-relizlər / 03.05.2018 / 15:46

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı rayon Gənclər və İdman idarəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib.
Masallı şəhər Gənclər Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Ayıq Səmədov, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, dini icma sədrləri, gənclər və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov qeyd edib ki, mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlərinə sönməz məhəbbət duyğuları ilə yaşayan Ümummilli lider həm də, bu dəyərlərin qoruyucusu olub.
Masallı Dövlət Regional Kollecinin müəllimi Nazim Əliyev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məruzəsində qeyd edib ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti, milli-mənəvi dəyərlər əsas yer tutur. Bildirib ki, Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə yardımçı olub, xalqımızın mənəviyyatının təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərinə  sadiqlik nümayiş etdirməklə yanaşı, onun təbliği və təşviqində mühüm rol oynayıb.
Sona Cəlilova, Səid Abbasov və çıxış edən digər  gənclər Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi töhfələrdən söhbət açıblar.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
           
 


Son baxılan xəbərlər

Ucarda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda regional seminar-müşavirə keçirilib

Xəbərlər
29.07.2019 / 17:45
Ətraflı oxu

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Xəbərlər
12.12.2018 / 11:59
Ətraflı oxu

İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
27.11.2018 / 16:20
Ətraflı oxu

“Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
11.06.2019 / 16:50
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu